Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biləsuvarda “Üzeyir dühası” adlı konsert proqramı keçirilib

18.09.2025

Biləsuvar Gənclər Evində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Üzeyir dühası” adlı konsert proqramı keçirilib.

Konsert 18 Sentyabr – Milli Musiqi Günü və görkəmli bəstəkar, dahi musiqişünas Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunub.

Konsertdə Regional İdarənin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird kollektivləri, həmçinin mədəniyyət mərkəzlərinin musiqi qrupları və solistləri maraqlı çıxışlar ediblər.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan musiqi sənətinə həsr olunmuş rəsm sərgisi də təqdim olunub.