17.09.2025
Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində, Neftçala rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə, Milli Musiqi Gününə həsr olunan "Sənsiz-səninlə" adlı tədbir keçirilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması çərçivəsində baş tutan tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Vasif Əliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, İdman və Gənclər İdarəsinin Neftçala rayonu üzrə sektor müdiri Araz Əhmədov, Neftçala şəhər bələdiyyəsinin sədri Samir Nağıyev, ziyalılar, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə böyük bəstəkarın "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər əsərlərindən səhnəciklər nümayiş olunub, "Sənsiz", "Sevgili canan" romansları, "Arazbarı" ritmik muğamı, eləcə də felyetonları səsləndirilib.