12.03.2025
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbir Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə "Kino Sənayesinin İnkişafı” İctimai Birliyinin “Hər kəs üçün kino” layihəsi çərçivəsində gerçəkləşib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti ilə yanaşı filmin aktyorları Taleh Yüzbəyov, Oqtay Mehdiyev və Nəzakət Heydərova da iştirak edib.
Filmin baş prodüseri Orxan Mərdan, rejissoru Rüfət Şahbazov, ssenaristi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədovdur.
"Səma ilə görüş" filmində baş rolları Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli canlandırıb.
Dram janrında çəkilən "Səma ilə görüş" filmi xəstələrə yardım etmək istəyən dostlardan bəhs edir. Bu dostların yalan və oğurluq üzərində qurulmuş ömrü bir gün onlara həyat dərsi verir.