11.02.2025
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində gənc mədəniyyət işçiləri ilə görüşüb.
İdarə rəisi Şahin Şahbazov çıxış edərək bildirib ki, gənclərin bir çox sahələrdə uğurlu fəaliyyəti Azərbaycanın parlaq gələcəyinə yol açır. Bu məsələdə mədəniyyət sektorunda çalışan gənc əməkdaşların rolu danılmazdır. O, savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu gənclərin yetişməsinin çox vacib məsələ olduğunu vurğulayıb. Natiq çıxışda mədəniyyət sahəsində fəallığın artırılması məqsədilə gənclər tərəfindən veriləcək yeni və yaradıcı fikirlərin daim qiymətləndiriləcəyini qeyd edib.
Sonda bir qrup gənc mədəniyyət işçisi səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunublar.