Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biləsuvar rayonunda yerləşən bir sıra mədəniyyət müəssisəsində monitorinq aparılıb.

16.08.2024

Monitorinqlər Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çaylı, Günəşli, İsmətli, Ağayrı, Nəsimi, Nərimankənd, Arazbarı, 1 saylı Səmədabad, 2 saylı Səmədabad kənd kitabxanalarında, həmçinin Biləsuvar rayon Mədəniyyət Mərkəzinin Ağayrı kənd Diyarşünaslıq Evi, İsmətli kənd klubu, Nəsimi kənd Folklor Evi, Nərimankənd kənd Folklor Klubu və Səmədabad kənd Mədəniyyət Evində keçirilib.

Monitorinqdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və idarə əməkdaşları iştirak edib. Monitorinq zamanı əməkdaşların davamiyyəti, müəssisələrin iş fəaliyyəti və cari vəziyyəti yoxlanılıb. Aşkar edilən nöqsanlarla bağlı əməkdaşlara müvafiq tövsiyələr verilib.