Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Təbiət fəryad edir - Məni xilas edin!”

19.07.2024

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Təbiət fəryad edir - Məni xilas edin!" adlı rəsm sərgisi açılıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan sərgidə gənc rəssam Aynur Məmmədzadənin rəsm əsərləri yer alıb. Şirvan şəhər istirahət parkında təşkil olunan sərgidə nümayiş etdirilən əsərlər sulu boya, quaş,dekorativ-tətbiqi sənətin batika və vitraj texnikalarındadır. Sərgidə ümumilikdə 12 əsər yer alıb. Əl işləri əsasən tematik, mənzərə və portret janrındadır.  

Sərginin keçirilməsində əsas məqsəd ekoloji problemə diqqət yönəltmək, bu problemlərin həlli üçün adekvat addımların atılmasının vacibliyini vurğulamaqdır.

Qeyd edək ki, gənc rəssam Aynur Məmmədzadə Şirvan-Tarix Diyarşünaslıq Muzeyinin tərtibatçı rəssamı vəzifəsində çalışır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsini bitirib.