Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anadan olmasının 40 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.

08.07.2024

Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anadan olmasının 40 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.

Rayon rəsmiləri, millət vəkilləri, şəhid ailələri və ictimaiyyətin iştirak etdiyi tədbirdə ilk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib, Vətən Müharibəsi Qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən natiqlər Hadrut fatehi Camal İsmayılovun keçdiyi şərəfli ömür yolundan, misilsiz qəhrəmanlıqlarından söhbət açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun gücü ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbədən, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatları ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsindən və bu döyüşlər zamanı şəhid və qazilərimizin şücaətindən, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən və sakinlərimizin öz doğma torpaqlarına köçürülməsindən bəhs ediblər. 

Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin hazırladıqları kompozisiyalarla davam edib.