02.07.2024
Azərbaycan Kinematoqrafçılar İttifaqı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhəri, Salyan, Biləsuvar, Neftçala və Hacıqabul rayonlarında kino günlərinə start verilib.
Layihə çərçivəsində ilk nümayiş Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutub. Film nümayişində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev və ictimaiyyət nümayəndələri iştirak edib.
Biləsuvarlı tamaşaçılar saat 12:00-da rejissor İlqar Nəcəfin "Suğra və oğulları", saat 16:00-da isə Şirin Əhmədovun "Qütb ulduzu", Pərviz Həsənovun "Uşaqlıq fotosu", Amil Amalın "Titrəmə", İntiqam Hacılının "İlkin şəhid" filmlərini izləyiblər.