Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilir

02.05.2024

 

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilib. Gərgin keçən mübarizənin yekununda Gənclər və İdman İdarəsi I yerdə, 21 nömrəli tam orta məktəb ll yerdə, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə mədəniyyət müəssisələrindən ibarət komandası isə IIl yerdə qərarlaşıb.

Salyan rayon Heydər Əliyev Mərkəzi və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Heydər Əliyev - Zamanın lideri" adlı dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu gün də Azərbaycan xalqı və gəncliyi olaraq ulu öndərin bizə miras qoymuş olduğu bəşəri izləri uğurlu addımlarla davam etdirir. Sonra tədbir qarşılıqlı diskussiya şəklində davam edib.

Neftçala rayon Heydər Əliyev Mərkəzində isə  “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib. Öncə dahi şəxsiyyət Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Heydər Əliyevlə bağlı fikirlərini ifadə edərək, onun uşaqlara, gənclərə ünvanladığı nəsihətlərini, dövlətinə və millətinə olan sonsuz sevgisini, ümumilikdə nitqlərinin hər sətrində yer alan müdrik kəlamlarını bir daha diqqətə çatdırıblar. Sonda Heydər Əliyevin tarixi görüşlərini özündə əks etdirən fotosərgiyə və adına yazılan qiymətli kitab nüsxələrinə baxış keçirilib. Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları növbəti gün Bankə şəhər 1 saylı tam orta məktəbdə “Xalqa layiqli liderlik missiyası” adlı mühazirə söyləyiblər. Mühazirədən sonra şagirdlərə böyük şəxsiyyətin siyasi irsini əks etdirən fotoşəkillər sərgilənib və “Dahi azərbaycanlı” sənədli filmi nümayiş olunub.