Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovun doğum günü qeyd olunub.

23.04.2024

Əməkdar mədəniyyət işçisi, uzun müddət mədəniyyət sahəsində çalışmış, Salyan Dövlət Kukla Teatrının yaradıcılarından biri Cahangir Qaraşov doğum günü münasibətilə ziyarət olunub.

Görüşdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, rayonun mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçiləri iştirak edib.

İdarə rəisi Şahin Şahbazov Cahangir Qaraşovu təbrik edərək onun barəsində xoş fikirlərini bölüşüb. O qeyd edib ki, Cahangir Qaraşovun fədakar ömrü hər bir gənc mədəniyyət işçisinə nümunə olmalıdır.

Cahangir Qaraşov göstərilən diqqətə görə  qonaqlara təşəkkür edib. 

Görüşdən sonra mədəniyyət nümayəndələri Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovun şəhid oğlu Nail Qaraşovun məzarını ziyarət edib, şəhidin ruhuna dualar oxuyub, məzarına qərənfillər düzüblər.