Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərov anadan olmasının 100 illik yubileyinə həsr olunan milli musiqi ifaçılarının və xanəndələrin respublika müsabiqəsində şagirdlərimizin uğurları

22.04.2024

Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərov anadan olmasının 100 illik yubileyinə həsr olunan milli musiqi ifaçılarının və xanəndələrin respublika müsabiqəsində Şirvan şəhər Uşaq Musiqi Məktəbi, Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbi, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi və Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri uğurlara imza atıb.

Belə ki, Şirvandan müsabiqədə xanəndəlik ixtisası üzrə İbrahim Məmmədzadə, Fatimə Sanıyeva (müəllim İrşad İbişov), tar ixtisası üzrə Fərid Əhədli (müəllim Daşqın Gülmalıyev), Əli İbrahimli (müəllim İlham Salmanov), Salyandan xanəndəlik üzrə Rafət Qurbanov, Əli Ağamalıyev (müəllim Babək Kərimov), Biləsuvardan xanəndəlik üzrə Humay Quluzadə, Sərxoş Quluzadə, Xəyal Bayramlı, Pakizə Əkbərli, Cahad Qasımlı, Neftçaladan tar ixtisası üzrə Hüseynli Sahib, Astanlı Hidayət, Hacıqabuldan isə tar ixtisası üzrə Nihat Əliyev, Mirismayıl Xanlarov, Vüsal Orucov və fortepiano ixtisası üzrə Xəyyam Zülfəlizadə qalib gələrək fəxri fərman və təşəkkürnamələrə layiq görülüblər.