Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edildi

18.04.2024

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Giriş sözü ilə çıxış edən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun direktoru Məhərrəm Müslümov günün mahiyyəti haqqında gələn qonaqlara geniş məlumat verib. Çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti Başçının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Samir Qasımlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Dövran Həsənov Azərbaycanın tarixi abidələrlə zəngin olması və qədim yurd yerlərimiz haqqında söhbət açıblar. Tədbirin bədii hissəsində Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış ediblər. Bədii hissədən sonra qonaqlar qoruğun ərazisi ilə tanış olublar. 

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Peşə Liseyinin müəllim və tələbə heyəti “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.

Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi bir qrup məktəblini və Çuvaşiya Respublikasından gələn qonaqları rayonun arxeoloji abidələrinə ekskursiyasını təşkil edib.