16.04.2024
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi , Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət məqsədi ilə elan olunan “Baharın rəngləri“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgisi açılıb.
Xətai Sənət Mərkəzində keçirilən müsabiqədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Şirvan Dövlət Rəsm Qalereyasının 7 nəfər yeniyetmə rəssamı qalib gələrək, yekun sərgidə iştirak hüququ qazanıb. Bunlar Zərifə Adilova, Aysu Məmmədova, Aytən Muradova, Zəhra Eynallı, Aylin Sadıyeva, Ayan Əmiraslanlı və Nigar Salahovadır.