Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”XALQIN MƏDƏNİ SƏRVƏTİ” LAYİHƏSİ NÖVBƏTİ DƏFƏ SÜLEYMAN ƏLƏSGƏROVUN 100 İLLİYİNƏ HƏSR OLUNACAQ

15.04.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə növbəti dəfə 15-20 aprel tarixlərində  "Xalqın mədəni sərvəti" layihəsini təqdim edəcək. 

Layihə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" ordenli, "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunacaq.

"Xalqın mədəni sərvəti" layihəsi çərçivəsində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Salyan regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunacaq konsert 19 aprel 2024-cü il tarixdə saat 11:00-da baş tutacaq.