Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın inkişafında və milli dövlətçiliyin gücləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı tədbir təşkil olunub.

08.04.2024

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şirvan Peşə Liseyində “Azərbaycanın inkişafında və milli dövlətçiliyin gücləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı tədbir təşkil olunub.

Tədbirdə YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva, Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Quluzadə, liseyin müəllim və tələbə heyəti, mədəniyyət nümayəndələri iştirak edib.

İlk olaraq ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. 

Sonda Şirvan Peşə Liseyinin tələbələri ulu öndər Heydər Əliyevə həsr olunan şeirlər söyləyiblər.