31.03.2024
Şirvan şəhər Uşaq Musiqi Məktəbində 31 Mart - Azərbaycanlıların Soyqrımı Gününə həsr olunan ilə “Tarix unudulmur” adlı tədbir keçirilib. Təbirdə çıxış edənlər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən söhbət açıblar.
Şirvan Dövlət Rəsm Qalereyası və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə "31 Mart soyqırımı rəsmlərdə" adlı sərgi təşkil olunub. Sərgidə fəal iştirak edən istedadlı uşaqlar fəxri fərmanlarla təltif olunub.
Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində "Qan yaddaşı" adlı tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışılıb, ulu öndər Heydər Əliyevin 26 mart 1998- ci il tarixli Fərmanı ilə mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyində soyqırıma həsr olunan sərgi təşkil edilib.