Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qisas” tamaşası Şirvan və Hacıqabul səhnəsində 

27.03.2024

 

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 27 mart tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Biləsuvar rayon Mədəniyyət Mərkəzinin "Pəncərə" Teatrının təqdimatında "Qisas" tamaşası nümayiş olunub. Tamaşa 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təqdim edilib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların nümayəndələri və ictimaiyyətin izlədiyi tamaşa böyük maraqla qarşılanıb.

"Qisas" tamaşası 28 mart tarixində isə Şirvan Şəhər Mədəniyyət Mərkəzinin səhnəsində oynanılıb. Tamaşada xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından bəhs olunur.

Qeyd edək ki, yazıçı-publisist Ruhiyyə Abbaszadənin “Qisas” hekayəsinin motivləri əsasında hazırlanan tamaşanın rejissorları İlqar Dadaşov və Cahangir Məlikovdur. Tamaşada rolları Adil Əhmədov, Cahangir Məlikov, Günel Mirzəyeva, Seymur Həsənov, Sevil Əliyeva, Ceyhun Haxverdiyev, Vasif Əsgərov və Harun Haxverdiyev canlandırıblar.