14.03.2024
Martın 14-də Şirvan Şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhər klubunda rejissor Elşən İsmayılın “Vətən uğrunda - Fətəli şah Qacar” tamaşasının premyerası keçirilib.
Çıxış edənlər şanlı tariximizin təbliğ olunmasının önəmindən, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətindən söz açıblar.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və digər qonaqlar tamaşa barədə xoş təəssüratlarını bölüşüb, yaradıcı heyətə uğurlar arzulayıblar.
Uğurla nümayiş olunan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Sonda xatirə şəkli çəkilib.