09.02.2024
09 fevral 2024-cü il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhər sakini Fatimə Vəliyevanın “Bacarıqlı əllər” adlı fərdi sərgisi təşkil edilib.
Sərgidə bir-birindən maraqlı təbiət təsvirləridən ibarət rəsm əsərləri və digər əl işləri nümayiş olunub.
Fərdi sərginin təşkilində məqsəd yaradıcı gənclərin tanıdılması, onların yaradıcılığının daha da inkişaf etməsi üçün imkanlar yaratmaqdır.
Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi 5 gün davam edəcək.