Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib

02.02.2024

2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Biləsuvar Gənclər Evində 2 Fevral - Gənclər Gününə həsr edilən tədbir keçirilib.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Biləsuvar Rayon Gənclər və İdman sektorunun müdiri Azad Quliyev və Biləsuvar Gənclər Evinin direktoru Vəkil Cəfərli çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik ediblər. Dövlətin gənclərə olan diqqət və qayğısından bəhs edərək Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi şücaət nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsini vurğulayıblar.

Natiqlər tərəfindən rayon gənclərinin ölkənin hərbi, sosial-iqtisadi, ictimai-siyasi və digər sferalarda layiqincə təmsil olunması xüsusi qeyd edilib.

Tədbir geniş konsert proqramı ilə davam edib.

Əziz Gənclər! Hər birinizi 2 Fevral - Gənclər günü münasibətilə səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzu edirik! Gününüz mübarək!