Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

11.12.2023

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində “Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Polis Şöbəsinin istintaq bölməsinin əməkdaşları, şəhər 21 nömrəli məktəbin müəllim və şagirdləri, Dövlət İqtisadiyyat və Humanitar Kollecin müəllim və tələbə heyəti iştirak edib.

İlk olaraq mövzuya aid film nümayiş etdirilib. Çıxış edən natiqlər bildiriblər ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu hesab olunur.