30.11.2023
Şirvan şəhər mədəniyyət müəssisələri arasında intellektual yarış keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan yarışda 6 komanda iştirak edib. "Nə? Harada? Nə zaman?" formatında, 3 turdan ibarət olan yarışda Şirvan şəhər Mədəniyyət Mərkəzinin "Los Turcos" komandası 1-ci yeri, Tarix-Diyarşünaslıq Muzeyinin "Muzey fədailəri" komandası 2-ci yeri, Uşaq Musiqi Məktəbinin "Melodiya" komandası isə 3-cü yeri qazanıb.
Sonda qalib komandalara diplomlar təqdim edilib.