04.10.2023
Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 4 Oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət və təhsil işçiləri iştirak edib.
İlk olaraq şəhidlərin əziz xarirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Cəbrayıl rayonunun tarixi, strateji əhəmiyyəti, vandalizmə məruz qalan mədəniyyət obyektləri və prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərindən geniş söz açıblar.
Tədbirin sonunda Heydər Əliyev Mərkəzində açılan sərgiyə baxış keçirilib.