22.09.2023
Şirvan şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunan "Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” adlı tədbir keçirilib.
Xatirə gecəsində şəhid ailələri, müharibə iştirakçıları, qazilər iştirak edib. İlk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şuşanın işğaldan azad olunmasında yaxından iştirak edən ehtiyatda olan hərbi qulluqçu, mayor Ürfan Bağırov keçdiyi döyüş yolundan, gənc əsgərlərimizin şücaətindən, düşmənə necə zərbə vurduqlarından söz açıb.
Sonda “Qarabağ Azərbaycandır” və “27 Sentyabr Anım Günüdür” adlı sərgiyə baxış keçirilib.