27.08.2023
Şirvan şəhər Mədəniyyət Mərkəzinin "Dədə Qorqud" klubu "Qadın zorakılığına yox deyək!" adlı tədbir keçirib.
Tədbirdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə uğurla həyat keçirilən gender siyasəti, qadınların hüquq və azadlıqlarının qorunması, məişət zorakılıqlarının qarşısının alınması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər və görülmüş işlər barədə məlumat verilib.
Çıxış edənlər bildiriblər ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.