Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Nihad Akif oğlu Babayevin mövludu günüdür

30.08.2023

30 avqust 2023-cü il tarixdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Nihad Akif oğlu Babayevin mövludu günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və şəhidin adını daşıyan Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi iştirak edib.

Tədbirdə şəhid Nihad Babayevin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan danışılıb, mədəniyyət işçiləri adından şəhid ailəsinə başsağlığı verilib.

Sonra şəhidin məzarı ziyarət edilərək əklil qoyulub.