Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda ”Nəsillərin görüşü” adlı tədbir keçirildi

15.07.2022

Salyan Rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə təqaüddə olan mədəniyyət işçiləri ilə "Nəsillərin görüşü" adlı tədbir keçirildi. Bu tədbirin keçirilməsində əsas məqsəd yaşlı nəsil mədəniyyət işçilərinə göstərilən diqqəti, qayğını, heç vaxt unudulmadıqlarını, hər zaman xatırlandıqlarını və həmişə gənclərin onların məsləhətlərinə və tövsiyələrinə ehtiyacının olmasını nümayiş etdirməkdən ibarət idi. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi, yaşlı nəslin mədəniyyət nümayəndələri, gənc mədəniyyət işçiləri iştirak etdilər. Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Salyan rayonunun deputatı Jalə Əhmədovanın köməkçisi Əlimuxtar Məmmədov tədbirdə çıxış edərək Heydər Əliyev tərəfindən mədəniyyət işçilərinə göstərilən xüsusi diqqət və qayğının bu gün də davam etdirilməsindən, bu görüşün əhəmiyyətindən geniş söz açdılar. Tədbirin aparıcıları Kürçaylı Məmmədov və Rəfiqə Ağabəylinin təqdimatında yaşlı nəsilin nümayəndələri öz xatirələrini gənclərlə bölüşdülər. Təqaüddə olan mədəniyyət işçilərindən Cahangir Qaraşov, Əli Əlizadə, Yavər Cəbrayılov, Nəbi İbrahimov, Lətif Zərbəliyev, Rahab Əsgərov, İman Mustafayev və Sənubər Əliyeva yaşlı nəslin təcrübəsinin gənc nəsil üçün daim örnək olmasından söz açdılar, gənc nəsilə öz tövsiyələrini verdilər. Daha sonra Salyan Rayon Kukla Teatrının kollektivinin ifasında "Sülh naminə birləşək" adlı səhnə, təqaüddə olan aktyorlarin səhnəciyi və müxtəlif musiqi nömrələri nümayis olundu. Sonda Salyanın mədəni həyatını və incəsənət uğurlarını göstərən film nümayiş olundu.