22.06.2022
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə YAP Biləsuvar təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başcısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Rayon Gənclər və İdman İdarəsinin müdiri Azad Quliyev, bir sıra idarə müəssisə və təşkilatların nümayəndələri və rayon məktəbliləri iştirak edirdi.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Biləsuvar Rayon Mədəniyyət Mərkəzi əməkdaşlarının hazırladıqları rəngarəng bədii kompozisiyalara yer verildi.