10.06.2022
Biləsuvar Rayon Mədəniyyət Mərkəzində “Pəncərə” teatr studiyasının kollektivi tərəfindən “Qurbanın qurbanlığı” tamaşası nümayiş olundu.
Tamaşaya dövlət və mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri baxdılar.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək süjet xəttində dövrün ən aktual problemlərindən biri - cəmiyyətdə insanların səhhətinə, psixoloji durumuna neqativ təsir göstərən qeyri-insani xüsusiyyətlərin və narkomaniyanın törətdiyi fəsadlardan bəhs olunan səhnə əsərinin təqdimatını təqdir etdi və kollektivə uğurlar arzuladı.