25.05.2021
"Nizami Gəncəvi İli" çərçivəsində Salyan Dövlət Rəsm Qalereyasında Biləsuvar Regional Mədəniyyət İdarəsinin elan etdiyi "Nizami Gəncəvi yaradıcılığı gənc rəssamların fırçasında" adlı rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəyə Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi uşaq incəsənət məktəblərinin şadirdləri və digər müəssisələrin gənc rəssamları qatılmışlar. Ümumillikdə müsabiqədə region üzrə 34 şagird öz istedadını nümayiş etdirmişdir. İştirak edən gənc rəssamlar üç saat müddətində çanlı olaraq Nizami Gəncəvi yaradıcılığı haqqında rəsm əsərləri çəkmişlər. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişlər. Yekunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmiş, "Fəxri Fərman" və hədiyyələrlə mükafatlandırılmışlar.