Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Noyabr Zəfər Günü - qeyri-iş günüdür

13.01.2021

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində 

aşağıdakı dəyişikliklər edilsin:

1. 105-ci maddə üzrə:

1.1. 1-ci hissənin doqquzuncu – on beşinci abzasları müvafiq olaraq onuncu – on altıncı abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“Zəfər Günü (noyabrın 8-i);”;

1.2. 2-ci hissəyə “Silahlı Qüvvələri günü,” sözlərindən sonra “Zəfər Günü,” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 106-1-ci maddə əlavə edilsin:

“Maddə 106-1. Azərbaycan Respublikasında Anım Günü

Hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2020-ci il.