Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (01.01.2021-ci ilədək)

16.12.2020

17 DЕKABR  

1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Şairin “Gətir oğlum, gətir!” poeması XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Sözlərinə mahnılar yazılıb.

1905 – “İrşad” qəzeti nəşrə başlayıb. Nəşrin imtiyaz sahibi Əhməd bəy Ağaoğlu idi. M.Ə.Rəsulzadə bir müddət qəzetin redaktoru olub. Üzeyir Hacıbəyli bir çox publisistik məqalələrini, “Ordanburdan” silsiləsindən felyetonlarını bu qəzetdə dərc etdirib. Nəşr 1908-ci ildə fəaliyyətini dayandırıb.

1924 – Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

1945 – Əməkdar artist, fortepiano ifaçısı Arzu Süleyman oğlu Ələsgərov anadan olub. Bakı Musiqi Akademiyasının professorudur.

1947 – Əməkdar mədəniyyət işçisi, şairə, dramaturq Xəzangül Hüseynova Gürcüstanın Bolnisi rayonunun Qırıqlı kəndində doğulub.

1955 – Əməkdar artist Rəhilə Zahid qızı Məmmədova anadan olub. Gəncə Dövlət Dram Teatrının aktrisasıdır.

1978 – Əməkdar artist, xanəndə Qoçaq Məhərrəm oğlu Əsgərov Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Beynəlxalq Muğam Mərkəzinin solistidir.

1980 – Xalq artisti, tanınmış opera müğənnisi (soprano) Dinarə Fuad qızı Əliyeva Bakıda doğulub. Akademik Opera və Balet Teatrında çalışıb, 2010-cu ildən Rusiya Böyük Teatrının solistidir.

1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.

1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları, “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.  

1994 – Bakıda, Respublika Sarayında Xalq rəssamı Sətar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş təntənəli gecə keçirilib. Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın sərgisi açılıb. Prezident Heydər Əliyev yubiley tədbirlərində iştirak edib.

2018 – Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

19 DЕKABR 

1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 – 21.8.2002) Bakıda anadan olub. “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. məşhur əsərlərin, “Dədə Qorqud” dastanı, M.Füzulinin “Leyli və Məcnun” poemasının nəşrlərinə illüstrasiyaların, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

1943 – Tanınmış bəstəkar, pedaqoq, Xalq artisti Fərəc Qara oğlu Qarayev Bakıda anadan olub. “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” operası, simfonik orkestr üçün əsərlərin müəllifidir. Moskva Dövlət Konservatoriyasının professorudur. Bakı Musiqi Akademiyasında, Kazan Dövlət Konservatoriyasında dərs deyib.

1947 – Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 – 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.

1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 – 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1960 – Əməkdar artist Emil Karloviç Həsənov anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrinin üzvüdür.

1965 – Əməkdar mədəniyyət işçisi Xatirə Sətar qızı Tağıyeva anadan olub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşıdır.

1966 – Xalq artisti Mehriban Mürvət qızı Zəki Bakıda doğulub. Yuğ, Rus Dram teatrlarında tamaşalarda oynayıb, Milli Dram Teatrının aktrisasıdır, filmlərə (“Küçələrə su səpmişəm”, “Hökmdarın taleyi” və s.) çəkilib.

1969 – Xalq artisti, tanınmış pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə Bakıda anadan olub. Almaniyada yaşayır. Müxtəlif şəhərlərdə, o cümlədən Bakıda caz festivallarında çıxış edir.

2006 – Prezident İlham Əliyev “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” sərəncam imzalayıb. Azərbaycanın müasir təsviri sənət nümunələrinin nümayişi məqsədilə yaradılan muzeyin açılışı 2009-cu il martın 20-də keçirilib.

2007 – Prezident İlham Əliyev böyük bəstəkar, pedaqoq Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2007 – Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında sərəncamlar imzalayıb.

20 DЕKABR 

1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 – 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.

1920 – Bakıda Xalq Maarif Komissarlığının qərarı ilə yaradılan rus teatr truppasının – Azad Tənqid və Təbliğ Teatrının (Satir-Aqit Teatrı) açılışı keçirilib. 1923-cü ildə teatr yenidən təşkil edilərək Bakı İşçi Teatrı, 1937-ci ildə Dövlət Rus Dram Teatrı adlandırılıb. 1956-cı ildən Səməd Vurğunun adını daşıyır. 2019-cu ildə teatra “Akademik” statusu verilib.

1925 – İlk azərbaycanlı qadın – fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (1925 – 9.10.1980) Ağdam rayonunun Gülablı kəndində doğulub. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

1939 – Teatrşünas, sənətşünaslıq namizədi Məmmədşah Qədim oğlu Atayev (1939–2011) anadan olub. Akademik Milli Dram Teatrında truppa müdiri işləyib.

1957 – Əməkdar artist Rəna Böyükağa qızı Talıbova anadan olub. Azərbaycan Televiziyası və Radiosunun Vaqif Mustafazadə adına “Sevil” vokal ansamblının bədii rəhbəridir.

1963 – Əməkdar incəsənət xadimi, musiqişünas Şirin Arif qızı Məlikova Bakıda anadan olub.

2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 – 2014) vəfat edib. “Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi əsərlərin müəllifidir. “Natəvanın portreti” və s. tabloların müəllifidir.

 21 DЕKABR

1913 – Tanınmış şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 – 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.

1916 – Yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Düyünlər” romanlarının müəllifidir. “Şor cüllütü” povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.

1920 – Azərbaycan Dövlət Dram Teatrında ilk dəfə Hüseyn Cavidin əsəri – “İblis” faciəsi (rejissor Abbasmirzə Şərifzadə) nümayiş olunub.

1922 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 – 6.4.1989) anadan olub.

1923 – Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 – 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib.

1923 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İtifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 – 21.2.1997) Astarada anadan olub. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990–1997), Milli Məclisin deputatı (1995–1997) olub.

1927 – Məşhur heykəltəraş, Xalq rəssamı, akademik Ömər Həsən oğlu Eldarov Dərbənd şəhərində anadan olub. Bir çox görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrinin, M.Füzulinin (T.Məmmədovla birgə), Natəvanın, H.Cavidin, Niyazinin və s. heykəllərinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur.

1929 – Mədəniyyət və elm xadimi, fəlsəfə elmləri namizədi Zakir Nəriman oğlu Bağırov (1929 – 31.3.1989) Şuşada anadan olub. 1971–1989-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri işləyib. Azərbaycan Ali Sovetinin deputatı olub.

1945 – Əməkdar mədəniyyət işçisi Validə Rüstəm qızı Abdullayeva anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışır.

1949 – Əməkdar mədəniyyət işçisi Tünzalə Həmid qızı Əhmədova anadan olub. “İçərişəhər” Muzey Mərkəzinin işçisidir. 

1952 – Tanınmış rəssam, şair, tərcüməçi Adil Mirseyid (Adil Mirseyid oğlu Baxışov; 1952–2014) anadan olub.

1963 – Əməkdar artist Yelena Eduardovna Spitsina anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır.

1967 – Əməkdar artist Nüşabə Ələsgər qızı Hümmətova anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

1975 – Xalq artisti, xanəndə Simarə Cəmaləddin qızı İmanova anadan olub. Səmərqənddə keçirilən “Şərq təranələri” festivalının Qran-pri mükafatçısıdır. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

1978 – Xalq artisti, şoumen, prodüser, aktyor Murad Əli oğlu Dadaşov Bakıda doğulub.

1979 – Dövlət xadimi Məmməd Qurban oğlu Qurbanov (1911–1979) vəfat edib. Azərbaycan SSR Mədəniyyət naziri (1955–1960 və 1963–1965), Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri işləyib.

2012 – “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Yeni qanun qüvvəyə mindikdən (15 fevral 2013) sonra 1998-ci il 6 fevral tarixli “Mədəniyyət haqqında” qanun ləğv edilib.

23 DЕKABR 

1872 – Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10. 1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.

1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.

1934 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

1935 – Opera və Balet Teatrında Müslüm Maqomayevin “Nərgiz” operasının ilk tamaşası (rejissor Aleksandr Tuqanov) olub.

1939 – Şair, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s.

1949 – Əməkdar artist Yusif Fərəc oğlu Allahverdiyev Naxçıvan MR Babək rayonunun Kərimbəyli kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor işləyib.

1954 – Xalq artisti Natalya Valeh qızı Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Dövlət Rus Dram Teatrının aktrisası olub, filmlərə (“Dədə Qorqud”, “Onun bəlalı sevgisi” və s.) çəkilib.

1956 – Əməkdar memar Zahidə Gülməmməd qızı Məmmədova anadan olub.

1956 – Əməkdar mədəniyyət işçisi Şəfaqət Mirzəcan qızı Hacıyeva anadan olub. Şirvan şəhər Uşaq musiqi məktəbində çalışır.

27 DЕKABR

1897 – Xalq artisti Yuzef Davidoviç Çarski (Tanxelson; 1897–1948) Tifisdə doğulub. Dövlət Rus Dram Teatrının aktyoru (1928-ci ildən) olub.

1912 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (1912–1984) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında bir sıra filmlərin (“Fətəli xan”, “Telefonçu qız”) 2-ci rejissoru olub, sənədli filmlərə quruluş verib.

1932 – Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası, “Hophopnamə” oratoriyası və s. əsərlərin müəllifidir.

1934 – Xalq rəssamı, heykəltəraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub. İmadəddin Nəsimi (T.Məmmədovla birgə) , Şah İsmayıl Xətai, İsmayıl bəy Qutqaşınlı, Mücirəddin Beyləqani (hər üçü Z.Mehdiyevlə birgə) və b. görkəmli şəxsiyyətlərin abidələrinin həmmüəllifidir. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.

1938 – Xalq artisti Safurə Ağabala qızı İbrahimova Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qaynana” və s. filmlərə çəkilib.

1943 – Xoreoqraf, Əməkdar müəllim Pellumb Mustafa oğlu Aqalliyay anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında çalışır.

1945 – Əməkdar memar Vidadi Həbibullah oğlu Muradov anadan olub.

1947 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, pianoçu, bəstəkar, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli Bakıda doğulub. Beynəlxalq müsabiqələrin laureatı olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.

1958 – Əməkdar mədəniyyət işçisi İlqar Yusif oğlu Əhmədov anadan olub. Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin direktorudur.

1962 – Əməkdar artist Çingiz Əliəşrəf oğlu Əhmədov Bakıda anadan olub. Akademik Musiqili Teatrın aktyorudur, televiziya tamaşalarına çəkilib.

1970 – Əməkdar incəsənət xadimi Emin Səlhab oğlu Məmmədov Bakıda doğulub. Ölkəmizdə və xaricdə keçirilən sərgilərin kuratorudur. Dövlət Rəssamlıq Akademiyasında dərs (qrafika) deyir.

1990 – Xalq artisti, tanınmış xanəndə Əbülfət Əsəd oğlu Əliyev (30.12.1926 – 1990) vəfat edib.

1991 – Bakı Şəhər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrına “Milli” statusu verilib.

2008 – Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin açılışı keçirilib. Mərkəz Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

2010 – Prezident İlham Əliyev Xalq artisti, görkəmli tarzən Bəhram Mənsurovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2013 – Prezident İlham Əliyevin sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib.

28 DЕKABR 

28 dekabr Beynəlxalq Kino Günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qrankafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk qısametrajlı filmin (“Fəhlələrin fabrikdən çıxması”) pullu seansını təşkil ediblər.

1918 – Şair, tərcüməçi İbrahim Kəbirli (İbrahim İsmayıl oğlu İbrahimov; 1918– 1995) Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Azərbaycan dilindən rus dilinə və əksinə ədəbi tərcümələr edib. Moskvada “Sovetski pisatel” nəşriyyatında redaktor işləyib.

1920 – Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, akademik Firudin Qasım oğlu Köçərli (1920 – 3.6.2005) Gədəbəy rayonun İsalı kəndində doğulub. Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1967–1985) işləyib.

1927 – Əməkdar incəsənət xadimi, bəstəkar Nəriman Həbib oğlu Məmmədov (1927 – 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: “Şeyx Sənan” baleti, “Hüseyn Cavid” simfoniyası və s.

1932 – Bakı Türk İşçi Teatrının yaradıcı kollektivinin Gəncə şəhərinə köçürülməsi barədə Xalq Komissarları Sovetinin qərarı mətbuatda dərc olunub. 1933-cü ilin yanvarında köçürülən kollektivin əsasında Gəncə Dram Teatrı təşkil olunub.

1936 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli müğənni Zeynəb Yəhya qızı Xanlarova Bakıda anadan olub. Azərbaycan musiqisinin dünyada təbliğinə töhfələr verib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Əsli və Kərəm”) çıxış edib. Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif (2016) edilib. Milli Məclisin deputatıdır.

1937 – Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937 – 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub.

1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində doğulub. “Anama layla”, “Sevgi borc verilməz”, “Haqqa pəncərə” və s. kitabların müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991–2000) olub.

1947 – Əməkdar müəllim Tamilla Fəsi qızı Məmmədova anadan olub. Bakı şəhəri R.Hacıyev adına 16 nömrəli Musiqi məktəbinin müəllimidir. 

1968 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 – 1968) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

1994 – Prezident Heydər Əliyevin iştirakı ilə görkəmli yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzаdənin Bakı şəhərindəki ev-muzeyinin açılışı keçirilib. Respublika Sarayında ədibin 125 illik yubileyi təntənəli mərasimlə qeyd edilib.

1999 – Prezident Heydər Əliyev BMT tərəfindən elan olunan “2000-ci il – Sülh mədəniyyəti ili”nin Azərbaycan Respublikasında da qeyd olunması haqqında sərəncam imzalayıb.

2013 – Prezident İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb.

29 DЕKABR

1921 – Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 – 4.9.2003) Bakıda anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir. “Azərbaycanın aşıq və şair qadınları” (iki cilddə) və s. kitabları tərtib edib.

1924 – Əməkdar artist Sadıq Ömər oğlu Hüseynov (1924–2003) Kürdəmir rayonunun Atakişili kəndində doğulub. Akademik Milli Dram Teatrında çalışıb. “Axırıncı aşırım”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib. Radioda uşaq verilişlərində Savalan baba obrazı ilə yadda qalıb.

1929 – Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 – 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.

1929 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 – 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.

1944 – Əməkdar incəsənət xadimi, yazıçı-publisist Sara Oğuz (Sara Mollaçı qızı Nəzirova; 1944 – 22.6.2014) Oğuz rayonunda anadan olub. Pyesləri tamaşaya qoyulub, sənədli filmlərin ssenari müəllifidir.

1946 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 – 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. Şeirlərinə mahnılar bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filminə çəkilib.

1951 – Əməkdar artist Elşad Allahverdi oğlu Zeynalov (1951–2007) Ağsu rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru, direktoru (2000– 2007) olub.

1971 – Xalq artisti, estrada müğənnisi Faiq Balağa oğlu Ağayev Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosunun solistidir.

1993 – Prezident Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında fərman imzalayıb.

1998 – “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub.

1998 – Prezident Heydər Əliyev Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında fərman imzalayıb.

2006 – “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub.

2006 – Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəzin təməlatma mərasimi 2007-ci ilin sentyabrında keçirilib. 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzinin açılışı olub. 

31 DЕKABR 

31 de­kabr Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü­dür. 1989-cu il dekab­rın 31-də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da min­lər­lə in­san SS­Rİ – İran sərhə­di­ni ke­çə­rək Cə­nub Azər­bay­can­da­kı soy­daş­la­rı­mı­za qo­vu­şub. Azər­bay­can Ali So­ve­ti­nin 25 de­kabr 1991-ci il ta­rix­li qə­ra­rı ilə bu ta­rix Dün­ya Azər­bay­can­lıla­rı­nın Həm­rəy­lik Gü­nü elan olu­nub.

1903 – Əmək­dar in­cə­sə­nət xa­di­mi, Azər­bay­can ki­no­su­nun ilk re­jis­sor­la­rın­dan olan Mi­ka­yıl Yu­sif oğ­lu Mi­ka­yı­lov (1903– 1986) Ba­kı­da do­ğu­lub. “Lə­tif” (1930), “İs­mət” (1934) və s. bədii film­lə­rə qu­ru­luş ve­rib, sə­nəd­li film­lər çə­kib.

1907 – Ya­zı­çı Ey­nul­la Xan­ki­şi oğ­lu Ağa­yev (1907 – 5.11.1978) Ba­kı­nın Ra­ma­na kən­din­də ana­dan olub. Əsər­lə­ri: “Şiş­pa­paq”, “Dağ­lar­da şim­şək ça­xır”, “Ba­ba na­ğı­lı”, “Te­leq­ram” və s.

1910 – Ya­zı­çı-dra­ma­turq Əbil Yu­sif (Əbil Məm­məd oğ­lu Yu­si­fov; 1910 – 29.3.1984) Or­du­bad­da ana­dan olub. Əsər­lə­ri: “Ba­bək”, “Od­lar için­də”, “Səngər­dən gə­lən səs­lər” və s.

1920 – Əmək­dar mə­də­niy­yət iş­çi­si, şair Zey­nal Əliab­bas oğ­lu Cab­bar­za­də (1920 – 20.1.1977) Ba­kı­da do­ğu­lub. Uşaq-gənc­lər üçün ki­tab­la­rın müəl­li­fi­dir: “Çi­nar”, “Ar­zu­lar”, “Dos­tum, gəl sö­zə bax”, “Uca dağ ba­şın­da”, “Bi­zim dünya” və s.

1924 – Folk­lor­şü­nas, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru Va­qif Əli oğ­lu Və­li­yev (1924– 1998) Qa­zax ra­yo­nu­nun Pi­ri­li kən­din­də ana­dan olub. Ki­tab­la­rı: “Azər­bay­can qəh­rə­man­lıq das­tan­la­rı”, “Azər­bay­can folk­lo­ru” və s.

1927 – Əmək­dar ar­tist, ope­ra mü­ğən­ni­si Fi­ru­din Meh­di oğ­lu Meh­di­yev (1927 – 1.2.2006) ana­dan olub. 1957-ci il­dən Ope­ra və Ba­let Teat­rın­da ça­lı­şıb. Film­lə­rə (“Bö­yük da­yaq”, “Ge­cə qa­ta­rın­da qətl” və s.) çə­ki­lib.

1927 – Xalq rəs­sa­mı Ra­sim Hə­ni­fə oğ­lu Ba­ba­yev (1927 – 24.4.2007) Ba­kı­da ana­dan olub. “Daş­kə­sən”, “Sum­qa­yıt”, “Qo­bus­tan”, “Xı­na­lıq” li­noq­ra­vü­ra sil­si­lə­lə­ri­nin, ki­tab qra­fika­sı üz­rə əsər­lə­rin müəl­li­fi­dir.

1928 – Ta­nın­mış re­jis­sor Rauf Mir­mah­mud oğ­lu Ka­zı­movs­ki (1928 – 2.3.1976) Ba­kı­da do­ğu­lub. Çox­say­lı ra­dio və te­le­vi­zi­ya ta­ma­şa­la­rı­na, bə­dii te­le­vi­zi­ya film­lə­ri­nə (“Poçt qu­tu­su”) quru­luş ve­rib.

1932 – Ta­nın­mış şair Bəh­mən Və­tə­noğ­lu (Bəh­mən Ka­lış oğ­lu Ab­ba­sov; 1932– 2004) Kəl­bə­cər ra­yo­nu­nun Se­yid­lər kən­din­də ana­dan olub. Ki­tab­la­rı: “Və­tən bi­zi ba­ğış­la­maz”, “Qal­dı ürə­yim­də da­ğı dağ­la­rın” və s.

1934 – Bö­yük ya­zı­çı-dra­ma­turq, şair, sse­na­rist, re­jis­sor, Əmək­dar in­cə­sə­nət xadi­mi Cə­fər Qa­far oğ­lu Cab­bar­lı (20.3.1899 – 1934) və­fat edib. Mil­li dra­ma­tur­giya­nın in­ki­şa­fın­da ye­ni mər­hə­lə­nin tə­mə­li­ni qo­yub, mil­li ki­no­da ilk sse­na­ri­lə­rin (“Ha­cı Qa­ra”, “Se­vil”, “Al­maz”) müəl­li­fi­dir.

1935 – Ədə­biy­yat­şü­nas, mətn­şü­nas alim Ofe­li­ya Əş­rəf qı­zı Bay­ram­lı (1935– 2006) ana­dan olub. XX əs­rin əv­və­lin­də mət­buat ta­ri­xi­mi­zi, Əli bəy Hü­seyn­za­də, Fi­ri­dun bəy Kö­çər­li ir­si­ni təd­qiq edib.

1939 – Əmək­dar rəs­sam, de­ko­ra­tiv-tət­bi­qi sə­nət us­ta­sı Əd­həm Sü­ley­man oğ­lu Yu­su­bov Ba­kı­da ana­dan olub. Müx­tə­lif möv­zu­lar­da sü­jet­li qo­be­len­lə­rin müəlli­fi­dir. Azər­bay­can Döv­lət Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın ka­fed­ra mü­di­ri, pro­fesso­ru­dur.

1946 – Xalq ar­tis­ti, mü­ğən­ni Yal­çın İm­ran oğ­lu Rza­za­də Lən­kə­ran­da do­ğu­lub. Azər­bay­can Te­le­vi­zi­ya­sın­da “Dan ul­du­zu” an­samb­lı­nın, di­gər mu­si­qi kol­lektiv­lə­ri­nin so­lis­ti olub, film­lər­də (“Də­də Qor­qud”, “Qa­yı­na­na”) mah­nı­la­rı ifa edib. Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin pro­fes­so­ru­dur.

1947 – Əmək­dar in­cə­sə­nət xa­di­mi, ki­noope­ra­tor, Döv­lət mü­ka­fa­tı laureatı Ra­fiq Əli oğ­lu Qəm­bə­rov ana­dan olub. “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sın­da çə­ki­lən “Dan­te­nin yu­bi­le­yi”, “İs­tin­taq”, “Öl­səm... ba­ğış­la”, “Həm zi­ya­rət, həm ti­carət...” və b. film­lə­rin qu­ru­luş­çu ope­ra­to­ru­dur.

1969 – Əmək­dar in­cə­sə­nət xa­di­mi, rəs­sam-mo­del­yer Fəx­ri­yə Ra­fiq qı­zı Xə­lə­fova Ba­kı­da do­ğu­lub. Mo­da kol­lek­si­ya­la­rı müx­tə­lif öl­kə­lər­də nü­ma­yiş olu­nub. Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin Di­zayn və de­ko­ra­tiv tət­bi­qi sə­nət kafed­ra­sı­nın do­sen­ti­dir.