Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları

29.10.2020

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində yeni kadr təyinatları həyata keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şakir oğlu Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi  Elçin Sabir oğlu Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sənan oğlu Sadıxova həvalə edilib.

Əlisultan Sadıxov 1962-ci ildə Lerik rayonunda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bitirib.

Lerik rayon İcra Hakimiyyətində, Mədəniyyət və Turizm Nazirliyinin sistemində və Mərkəzi Aparatında, Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatında məsul vəzifələrdə çalışıb.