Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala rayon Heydər Əliyev Mərkəzinin iyun ayındakı tədbirlərindən

08.10.2020

Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Azərbaycan Diaspora Təşkilatının təşəbbüsü ilə keçirilən “Diaspor fəaliyyətində elm və təhsil aparıcı qüvvə kimi” adlı videokonfransda iştirak etdi. Konfransın qonağı “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini, Çin tərcümə və tədqiqatlar şəbəkəsinin aparıcı məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev idi. Mövzu ətrafında ətraflı çıxış etdikdən sonra Aqşin Əliyev iştirakçıların suallarını cavablandırdı.