Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayıl şəhəri və daha 9 kənd işğaldan azad olunub

06.10.2020

Oktyabrın 4-də Qəhrəman Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib.

Bu əlamətdar hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, işğal altında olan digər ərazilərimizin də azad olunmasını diləyir və şanlı ordumuza yeni-yeni qələbələr arzulayırıq.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir.

Füzuli, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər, o cümlədən Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri, keçmiş Ağdərə rayonunun Talış, Suqovuşan kəndləri azad edilib.

Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin azad edildiyi 4 oktyabr tarixinədək rayonun Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri azad olunub.