24.09.2020
Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən gənclərimizdə vətənə, el-obaya, yurd yerinə, doğma ocağa sevgi, vətənpərvərlik ruhu aşılamaq, tarixi abidələri, təbiəti, rayonlarda aparılan sosial-iqtisadi tədbirləri geniş ictimaiyyətə çatdırmaq və təbliğ etmək məqsədilə keçirilən “Rayonumuzun görməli yerləri” adlı virtual fotomüsabiqəyə yekun vurulmuşdur.
Fotomüsabiqəyə Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarından başqa Quba, Gədəbəy, Qax, Qəbələ, Qaradağ, Göygöl rayonlarından və Mingəçevir şəhərindən vətəndaşlarımız qatılaraq ümumilikdə 260-dan çox fotoşəkil təqdim etmişlər.
Qax rayonundan Çimnaz Qasımova və Salyan sakini Romal Ağayevin fotoşəkilləri birinci yerə layiq görülərək “Fəxri fərman”la təltif edilmişlər. Digər iştirakçılara da həvəsləndirici mükafatlar təqdim olunmuşdur.