23.09.2020
08.05.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində faşizim üzərində Qələbənin 75 illiyi ilə əlaqədar “Tariximizin şanlı səhifəsi” başlıqlı sərgi təşkil edildi. Sərgidə Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq göstərmiş həmyerlilərimizə həsr edilmiş fotostend, müharibənin dəhşətlərindən və eləcə də tariximizə qəhrəmanlıq səhifəsi yazmış igid Azərbaycan oğullarının döyüş yolundan bəhs edən kitablar virtual nümayiş etdirilmişdir.
08.05.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında faşizim üzərində Qələbənin 75 illiyi ilə əlaqədar “Yazılsın tarixə bir qızıl xətlə 45-ci ilin 9 May günü” adlı virtual kitab sərgisi nümayiş olundu.
07.05.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 2 saylı Bankə qəsəbə kitabxana filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar “Azərbaycan xalqının xilaskarı” başlıqlı virtual sərgi təşkil edildi.
06.05.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 2 saylı Bankə qəsəbə kitabxana filialında 9 May Qələbə Günü ilə əlaqədar “Biz sidən öyrəndik qəhrəmanlığı” başlıqlı virtual sərgi təşkil edildi.
06.05.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında Şuşa rayonunun işğalının 28-ci ildönümü ilə əlaqədar “Şuşasız 28 il” başlıqlı virtual sərgi təşkil edildi.
08.05.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar “Tarixin unudulmaz qələbəsi” adlı virtual sərgi təşkil edildi. Sərgidə 9 May tarixinə dair kitablar, eyni zamanda İkinci Dünya Müharibəsində xüsusi şücaət göstərmiş qəhrəmanlara dair kitablar da öz əksini tapmışdır.