Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Virtual müsabiqələrə foto və əl işlərinin qəbulu elan edilmişdir

03.09.2020

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Rayonumuzun görməli yerləri” və “Yaradıcı və mədəniyyət sənayesi” adlı virtual müsabiqələrə foto və əl işlərinin qəbulu elan edilmişdir.

Müsabiqələrin keçirilməsində məqsəd vətəndaşlarda vətənpərvərlik hissini aşılamaq və inkişaf etdirmək, əhalinin estetik tərbiyəsini həyata keçirmək və estetik zövqünü formalaşdırmaq, uşaq və gənclərin mədəniyyət sahəsində fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnməsini stimullaşdırmaq, mədəniyyət müəssisələrinin işini populyarlaşdırmaq, yaradıcı şəxslərin sənətini təbliğ etmək və kütləviləşdirmək, yeni istedadların üzə çıxarılmasına dəstək verməkdən ibarətdir.

Müsabiqələrin şərtləri barədə Biləsuvar Regional Mədəniyyət İdarəsinin elektron informasiya resursları vasitəsilə məlumat almaq olar.