Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bu gün Regional İdarədə videokonfrans keçirildi

02.09.2020

Bu gün Regional İdarə rəhbərliyinin, uşaq incəsənət və uşaq musiqi məktəblərinin direktorlarının iştirakı ilə onlayn videokonfrans keçirilmişdir. Videokonfransda “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə» Nazirlər Kabinetinin 29.08.2020-ci il tarixli, 312 nömrəli qərarı, məktəblərə şagird qəbulu, sənədləşmə işləri, məktəblərin yeni tədris ilinə hazırlıq məsələləri müzakirə edilmiş, məktəb direktorlarının təklifləri dinlənilmiş və müvafiq tapşırıqlar verilmişdir.