Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala MKS-nin mart ayındakı tədbirlərindən

02.09.2020

17.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialı oxucularla birlikdə Milli Qəhrəman Xanoğlan Məmmədovun anım günü ilə əlaqədar məzarını ziyarət etdilər.

17.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialının kitabxanaçıları təqaüdçü anaların qonağı olaraq onların ilaxır çərşənbəsini təbrik etdilər. Həmçinin, onlara şirniyyat hazırlamaqda köməklik göstərdilər.

16.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Xolqarabucaq kənd kitabxana filialında Milli Qəhrəman Pərviz Səmədovun anadan olmasının 50 illiyi ilə əlaqədar “Biz səni heç zaman unutmadıq” adlı anım günü keçirildi.

17.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Xəzərkənd kənd kitabxana filialı ilaxır çərşənbəsi ilə əlaqədar bayram tədbiri keçirdi.

16.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 3 saylı şəhər kitabxana filialında koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir.

17.03.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın işçiləri ilə birlikdə koronavirus təhlükəsinin qarşısının alınması ilə əlaqədar “Koronavirusa birlikdə qalib gələk” adlı tədbir keçirildi.

16.03.2020-ci il il tarixdə Neftçala rayon MKS-nin I Qaralı kənd kitabxana filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar “Ayın şahidliyi” başlıqlı sərgi təşkil edildi.

17.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 2 saylı Bankə qəsəbə kitabxana filialında 20 Mart Novruz bayramı münasibətilə “Xalq bayramı” başlıqlı sərgi təşkil edildi.

16.03.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında yazıçı, dramaturq Sabir Rəhmanın anadan olmasının 110 illik yubileyi ilə əlaqədar “Yeni dövrün satirası” başlıqlı sərgi təşkil edildi.