Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayılın maddi mədəni irs nümunələri: Çələbilər məscidi

21.08.2020

Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan bu əzəmətli məscid Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilib.