23.07.2020
Neftçala rayon Heydər Əliyev Mərkəzi “Əsgərə salam” aksiyasına qoşularaq Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirdi. Aksiyanın məqsədi soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizdə böyük ruh yüksəkliyi yaratmaq və cəmiyyətimizin vətənpərvərlik ideyası ətrafında sıx birləşməyini nümayiş etdirməkdən ibarətdir.
Bu aksiyaya qoşulan Neftçala şəhər 1 və 3 saylı tam orta məktəbin, eləcə də Muğan liseyinin müəllim və şagird kollektivinə, Mərkəzi Kitabxana Sisteminin bütün əməkdaşlarına və "Balaca Heydərçilər"imizə təşəkkür edirik.