Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon Heydər Əliyev Mərkəzinin fevral ayındakı tədbirlərindən

10.07.2020

24 fevral 2019-cu il tarixdə Salyan rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar ''Ədalət harayımız Xocalı'' adlı anım tədbiri keçirildi. Tədbirdə 1, 2, 7 saylı məktəblərin şagirdləri, müəllimlər, ziyalılar iştirak etdilər. Şagirdlər şeir kompozisiyaları ilə çıxış etdilər. Salyan şəhər 2 saylı orta məktəbin tarix müəllimi, Mərkəzin "Gənc heydərçilər" dərnəyinin rəhbəri Aynur Hüseynova Xocalı faciəsini tarixi faktlarla iştirakçılara xatırlatdı. Sonda 1saylı məktəbin 5-ci sinif şagirdi Xanım Bəşirlinin rəsmlərindən ibarət sərgi təqdim olundu.