08.07.2020
19.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Dördlər kənd kitabxana filialında Milli Qəhrəmanlar Nazim Babayev və Xanoğlan Məmmədovun 45 illik yubileyləri ilə əlaqədar anım günü keçirildi.
19.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialında “Könüllülər ili” ilə bağlı fəal oxucu Nuray İsmayılova I günlük kitabxanada könüllü olaraq oxuculara xidmət etdi.
20.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Yenikənd kənd kitabxana filialı Yenikənd kənd ibtidai məktəbində “2020-ci il - Könüllülər ili“ adlı informasiya saatı keçirdi.
10.02.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın İnformasiya resurs şöbəsində elektron resurslara malik olan kitabxanalarda çalışan multimedia resursları üzrə mütəxəssislərin peşə vərdişlərinin, praktiki və nəzəri biliklərinin təkmilləşdirilməsini həmin resurslardan istifadə qaydalarının və onların təbliğinin düzgün həyata keçirilməsi məqsədilə Mərkəzi Kitabxananın və şəhər kitabxanalarının multimedia mütəxəssislərinin ixtisasartırma kurslarına start verildi. 12.02.2020-ci il tarixdə kursun növbəti məşğələsində MKS-nin direktoru Gülnarə Qasımova qeyd etdi ki, son dövrdə müşahidələrimiz göstərir ki, oxucuların CD və DVD formatlı daşıyıcılarda olan ədəbiyyata marağı və tələbatı yüksəlmişdir. Bu da multimedia işçilərindən vəzifələrinin daha dərindən öyrənilməsini, audiovizual sənədlərdən istifadə qaydalarının və təbliğat işinin düzgün aparılmasını, lazımı biliklərin ətraflı mənimsənilməsini tələb edir.
20.02.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 21 Fevral Ana Dili Günü ilə əlaqədar “Ana dili adlanır bizim ilk dərsliyimiz” başlıqlı sərgi təşkil edildi. Sərgidə Azərbaycanın tanınmış şairlərinin ana dilinə dair şeirləri, həmçinin uşaq jurnallarında ana dilinə həsr olunmuş şeirlər və materiallar öz əksini tapmışdır. Sərgi 1 ay boyunca nümayiş olunacaq.