Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biləsuvarda xeyriyyə tədbiri keçirilib

03.07.2020

Dünyada yayılmış koronavirus (Covid-19) pandemiyası ilə mübarizə və əhalinin sağlamlığının qorunması çərçivəsində ölkəmizdə maarifləndirmə tədbirləri davam etdirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzi tərəfindən Biləsuvar rayonunda yaşayan bir qrup aztəminatlı mədəniyyət işçisinə sanitar-gigiyenik ləvazimatlar paylanmışdır. Xeyriyyə tədbirində Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova iştirak etmişdir.