25.06.2020
Çin Sosial Elmlər Akademiyasının ilk azərbaycanlı alimi, filologiya üzrə fəlsəfə doktoru, Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakultəsində Azərbaycan dili kafedrasının yaradıcısı, müəllimi və tədqiqatçısı Aqşin Əliyevlə Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova arasında görüş keçirilmişdir. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə birgə layihələrin həyata keçirilməsi barədə fikirlər irəli sürülmüş, dilimizin, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən Ulu Öndər Heydər Əliyevin dil siyasətinin davamı olaraq ana dilimizin xarici ölkələrdə tədqiqi və təbliği istiqamətində gələcək planlar haqqında fikirlər müzakirə edilmişdir. Daha sonra qonaq Mərkəzin nəzdindəki Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olmuşdur.