25.06.2020
Vətəndaşlarda vətənpərvərlik hissini aşılamaq və inkişaf etdirmək, gənclər arasında Azərbaycanın Silahlı Qüvvələrində xidməti təbliğ etmək, əhalinin estetik tərbiyəsini həyata keçirmək və estetik zövqünü formalaşdırmaq, uşaq və gənclərin mədəniyyət sahəsində fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnməsini stimullaşdırmaq, rəssamlıq sənətini təbliğ etmək və kütləviləşdirmək, yeni istedadların üzə çıxarılmasına dəstək vermək məqsədilə Biləsuvar Regional Mədəniyyət İdarəsinin keçirdiyi “Şanlı Azərbaycan Ordusu” virtual rəsm müsabiqəsi yekunlaşmışdır.
Müsabiqəyə Regional İdarənin əhatə etdiyi rayonlardan, eləcə də Bakı, Gəncə, Şəki, Ağdaş şəhərlərindən iştirakçılar qatılmışlar. Mədəniyyət işçilərindən təşkil olunmuş münsiflər heyətinə 137 rəsm işi təqdim olunmuşdur.
Bakı şəhərindən Fidan Abidovanın əl işi münsiflərin yekdil qərarı ilə qalib elan edilmişdir. Daha 6 iştirakçı Regional İdarənin fəxri fərmanı ilə təltif olunmuşlar.
Sənətsevərlərin böyük marağını nəzərə alaraq, gələcəkdə belə müsabiqələrin davam etdirilməsi qərara alınmışdır.