Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Pəncərə” teatr-studiyası xüsusi karantin rejimində fəaliyyət perspektivlərini müzakirə etmişdir

23.06.2020

Biləsuvar rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Pəncərə" teatr studiyasının kollektivi Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin iştirakı ilə iclas keçirmişdir.

İclasda xüsusi karantin rejimində fəaliyyətin xüsusiyyətləri, yeni yaradıcılıq perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Hazırkı dövrdə daha çox pozitiv, ümidverici, gəlcəyə yönəlmiş nikbin məzmunlu ssenarilərə üstünlük verilməsi, mübarizə ruhunu və insan iradəsinin gücünü tərənnüm edən əsərlərin səhnələşdirilməsi ilə bağlı fikirlər səsləndirilmişdir. İclasda, həmçinin, virtual tamaşaların hazırlanmasının və tamaşaçıya çatdırılmasının texniki təminat məsələləri də diqqət mərkəzində saxlanmışdır.

Yaxın günlərdə xüsusi karantin rejiminin tələblərinə riayət etməklə teatr kollektivinin məşqlərinin başlanması planlaşdırılır.