22.06.2020
Bu gün Azərbaycanın Xalq şairi, istiqlal, azadlıq carçısı Xəlil Rza Ulutürkün anım günüdür. Şairin doğulduğu Salyan şəhərində özünün və oğlu Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsinə ucaldılmış “Ata-oğul” abidə kompleksi ziyarət olunub.
Anım mərasimində rayonun mədəniyyət işçiləri, şairin yaxın qohumları iştirak edərək abidə önünə gül-çiçək dəstələri qoymuşlar. Mədəniyyət işçiləri çıxışlarında qeyd ediblər ki, Xəlil Rzanın həyat yolu, vətən eşqi hər bir vətəndaş üçün örnək olmalıdır. Şairin Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışılıb və yaddaşlara həkk edilən şeirləri səsləndirilib.
Ziyarət zamanı karantin qaydalarına riayət olunub, ziyarətçilər tibbi maskadan istifadə edib və sosial məsafə saxlamışlar.