09.06.2020
Fevralın 10-da Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə Neftçala rayon nümayəndəliyinin yaradılması ilə bağlı müzakirə görüşü keçirildi. Baş məşqçi Əkbər Muradov, koordinator Talıb Bədəlov və Mərkəzin direktoru Könül Məmmədova arasında əldə olunan razılığa əsasən, regionlarda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsi və Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanması nəzərdə tutulmuşdur.